AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Belarus iş adamları Azərbaycanla əməkdaşlıqda maraqlıdır

İyulun 15-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Belarus biznes forumu keçirilib. Forumda kənd təsərrüfatı və qida sənayesi, kimya, tekstil, maşınqayırma, metallurgiya, kağız sənayesi və digər sahələri təmsil edən 100-ə yaxın sahibkar iştirak edib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun Prezidenti Rüfət Məmmədov çıxışında Azərbaycan iqtisadiyyatı, son zamanlar ölkəmizdə sahibkarlıq, biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar barədə geniş məlumat verib, sayca 6-cı olan biznes forumun iş adamları arasında əlaqələrin genişlənməsindəki əhəmiyyətindən danışıb. O Azərbaycan-Belarus əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Belarus Ticarət-Sənaye Palatasının Minsk Şöbəsinin baş direktor müavini Tatyana Dubova iki ölkə arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri haqda məlumat verib.
Tədbirdə Belarus Respublikası və onun iqtisadiyyatı haqqında film nümayiş olunub, bu ölkənin biznes və investisiya mühiti barədə təqdimat keçirilib.
Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ticari-iqtisadi və investisiya məsələləri üzrə məsləhətçisi Leonid Lavrov Azərbaycan və Belarus Respublikaları arasında əlaqələrin inkişaf etdiyini bildirib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun investisiyaların təşviqi departamentinin direktoru Zaur Qardaşov Azərbaycanda mövcud biznes mühiti və investisiya imkanları barəsində təqdimatla çıxış edib.
Sonda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Belarus Ticarət-Sənaye Palatasının Minsk Şöbəsi arasında qarşılıqlı mənfəətli əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Biznes forumda iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlıq məsələləri müzakirə edilib.