Mayın 19-da Çikaqo şəhərində Asiya Tədqiqat Mərkəzi, Şimali İllinoys Universitetinin təşkilatçılığı və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Türk Hava Yollarının, “Silk Way”in və Türkiyənin Hacıtepe Universitetinin dəstəyi ilə 9-cu İllik İpək Yolu Konfransı keçirilmişdir. Tədbirdə Azərbaycan, Türkiyə, Tacikistan, Əfqanıstan, Qazaxıstan və Özbəkistandan diplomatlar, ticarət nümayəndələri, həmçinin ABŞ Dövlət Departamenti və ABŞ Müdafiə Logistikası üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə AZPROMO-nun ABŞ-dakı nümayəndəsi Elşən Baloğlanov təqdimatla çıxış edərək, Sumqayıt Kimya Sənaye Parkı və Yüksək Texnologiyalar Parkında mövcud olan imkanlar və güzəştlər barədə iştirakçılara məlumat vermişdir. Azərbaycanın ABŞ-la birgə Azərbaycanda informasiya texnologiyaları, turizm, mehmanxana idarəçiliyi, kənd təsərrüfatı sahəsi üçün sığorta xidmətləri, qida emalı və qablaşdırma, həmçinin fermer təsərrüfatlarının inkişafı, onların imkanlarının və ixrac potensialının artırılmasına yardım edəcək layihələrin həyata keçirməsi imkanının olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.