AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Dubayda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş rəsm sərgisi təşkil edilib

Dubay şəhərinin mərkəzində yerləşən “The Mall” Ticarət Mərkəzində Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Ticarət Nümayəndəsi Aparatının və BƏƏ-dəki Səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan gənc Azərbaycan rəssamlarının sərgisi açılıb.
Sərginin açılış mərasimdə Azərbaycanın BƏƏ-dəki Səfirliyinin, Dubaydakı Baş Konsulluğunun və Ticarət Nümayəndəliyinin əməkdaşları, BƏƏ-nin biznes dairələrinin nümayəndələri və incəsənət adamları iştirak ediblər.
Tədbirdə Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və inkişafı istiqamətində mühüm işlərin görüldüyünü, bu sahədə Azərbaycanın Birinci-vitse Prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətlərini vurğulayıb.
Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev ölkəmizin bu gün dünyada incəsənətə, mədəni inkişafa yüksək dəyər verən, eyni zamanda bu sahədə mühüm tədbirlərə ev sahibliyi edən bir ölkə kimi tanındığını qeyd edib və təşkil edilən rəsm sərgisinin Azərbaycan mədəniyyətinin təbliği baxımından önəmini vurğulayıb.
Azərbaycan-BƏƏ iqtisadi-ticarət əlaqələrindən danışan Elnur Əliyev BƏƏ-də “Azərbaycan Evi”nin yaradılması istiqamətində işlərin görüldüyünü vurğulayıb, Dubayda “Azərbaycan Ticarət Evi”nin açılacağını qeyd edib.
​Azərbaycanın BƏƏ-dəki Səfirliyi tərəfindən gənc rəssamlara fəxri diplomlar təqdim edilib.