AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Dubayda WAIPA-nın konfransı keçirilib

7 aprel tarixində İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində konfransı keçirilib.
Konfransda dünyanın bir çox ölkələrindən dövlət rəsmiləri, investisiya təşviqi agentlikləri, özəl sektor təmsilçiləri və investisiya siyasəti ilə məşğul olan mütəxəssislər iştirak edib. Konfrans çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan investisiya təşviqi agentlikləri investisiya imkanlarının genişləndirilməsi istiqamətində yeni texnologiyaların və trendlərin tətbiqinə dair müzakirələr aparılıb.
Tədbirdə WAIPA-nın 2018-ci il üzrə hesabatı dinlənilib, 2019-cu ildə qarşıda duran vəzifələr, keçiriləcək tədbirlərlə bağlı təqdimatlar keçirilib.
Azərbaycan tərəfdən tədbirdə AZPROMO-nun rəhbəri vəzifəsini icra edən, WAIPA-nın vitse-prezidenti Yusif Abdullayev iştirak edib.