Mayın 13-də Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Serbiya-Azərbaycan Dostluq Cəmiyyəti ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan və Serbiya işgüzar dairələri arasında mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
AZPROMO-nn rəhbəri Rüfət Məmmədov qurumun fəaliyyəti, ölkəmizin biznes və investisiya mühiti, o cümlədən son dövrdə aparılan islahatlar barədə məlumat vermiş, Azərbaycan və Serbiya iş adamları arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən danışmışdır.
Serbiya - Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Zoran Sam rəhbərlik etdiyi qurumun məqsədləri, iki ölkə arasında dostluq əlaqələrin möhkəmlənməsi istiqamətində fəaliyyəti barədə məlumat vermişdir.
Görüşdə hər iki ölkənin ixrac imkanları, kənd təsərrüfatı, qida sənayesi, kimya, əczaçılıq və s. sahələrdə fəaliyyət göstərən Serbiya şirkətlərinin Azərbaycanda investisiya perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Görüşün sonunda Azərbaycan-Serbiya əlaqələrinin genişləndirilməsi istiqamətində səylərin daha da gücləndiriləcəyi ifadə olunub.