AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Yunanıstan-Azərbaycan Ticarət Palatası və Sumqayıt Kimya Sənaye Parkının nümayəndələri ilə üçtərəfli görüş keçirilib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Yunanıstan - Azərbaycan Ticarət Palatası və Sumqayıt Kimya Sənaye Parkının nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş keçirilmişdir.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov yunan qonaqlara Azərbaycanda sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, Azərbaycanda uğurla fəaliyyət göstərən yunan şirkətlərindən danışmış, Azərbaycanın transit və investisiya imkanlarını, istehsal olunan  ixrac qabiliyyətli məhsullar barədə məlumat vermişdir. Sumqayıt Kimya Sənaye Parkının nümayəndələri investorlar üçün parkda yaradılan şərait, infrastruktur, vergi və digər güzəştlər haqda təqdimatla çıxış etmişlər.
Yunanıstan-Azərbaycan Ticarət Palatasının rəhbəri Kostas Vamvakas rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs etmiş, Azərbaycandakı investisiya mühitinin, sənaye parklarında investorlar üçün yaradılmış əlverişli şəraitin, həmçinin Azərbaycan məhsullarının Yunanıstan bazarına çıxarılması imkanlarının yunan iş adamlarının marağına səbəb olduğunu vurğulamışdır.
Görüşdə Azərbaycan və Yunanıstanın qarşılıqlı investisiya qoyuluşu məsələləri barədə geniş fikir mübadiləsi aparılmışdır.