AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Əlcəzairin Azərbaycandakı səfiri AZPROMO-da olub

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasındakı səfiri xanım Salima Abdelhak ilə görüş keçirilib.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən qeyri-neft məhsullarının ixracı və qarşılıqlı investisiya əməkdaşlığının genişləndirilməsi istiqamətində əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.

Təmsil etdiyi qurumun fəaliyyətindən danışan AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi üçün görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat verib.

Əlcəzairin Azərbaycandakı səfiri Salima Abdelhak iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, bu sahədə işgüzar görüşlərin önəmini vurğulayıb.

İşgüzar görüşdə Azərbaycan və Əlcəzair arasında qarşılıqlı ixrac və investisiya potensialının artırılması, həmçinin Əlcəzairdə fəaliyyət göstərən xarici ticarətin təşviqi üzrə Milli Agentlik (ALGEX) ilə əməkdaşlıq əlaqələrinin qurulmasına dair müzakirələr aparılıb.