Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Bolqarıstan Respublikasının Sofiya şəhərinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Tarix: 5-9 noyabr 2018-ci il
İxrac missiyasının əhatə etdiyi sahələr:
- Qida məhsulları (bütün növ)
- Şərab və spirtli içkilər
İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəkdir.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).
Müsabiqə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 11 oktyabr 2018-ci il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
- ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
- nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının həcmini göstərməklə) – 5 bal;
- Meyarların cəmi üzrə minimum keçid balı - 20 (iyirmi) bal.
İxrac missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
- ərizə;
- sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
Sənədlər aşağıdakı ünvan üzrə 1 oktyabr 2018-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Fuad Cəfərov
AZPROMO - İxracın Təşviqi Departamentinin direktoru
Tel: +99412 5980147/48 (daxili 141)
E-mail: fceferov@azpromo.az
E-mail: destek@azpromo.az