AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“Beynəlxalq sertifikat”ın alınması

Xarici ölkələrdə Azərbaycan mənşəli qeyri-neft məhsulları üçün beynəlxalq sertifikatın alınmasına dövlət büdcəsi hesabına dəstək məbləğinin ödənilməsi yerli məhsullarının “Made in Azerbaijan” brendi altında dünyada tanıdılması və təşviq edilməsi məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Beynəlxalq sertifikatın alınmasına dəstək tədbirini müvafiq beynəlxalq sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracatçılarının sifarişi əsasında və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirliyin seçdiyi ixtisaslaşmış hüquqi və ya fiziki şəxslər həyata keçirirlər. Beynəlxalq sertifikatın alınmasına görə ödənilən dəstək məbləği çəkilən xərclərin 50 (əlli) faizini (60 000 (altmış min) manatdan artıq olmamaqla) təşkil edir.

Sertifikatın alınmasına görə ödənilən məbləğ (maximum)

60000 AZN

Bu dəstək tədbirindən yararlanmaq istəyən ixracatçılar müsabiqə əsasında seçilir və hər il fevralın 1-dək beynəlxalq sertifikatın alınmasına dəstəklə bağlı ixracatçılardan sifarişlərin qəbuluna dair elan verilir və müraciət edilməsi üçün ən azı 60 (altmış) günlük müddət müəyyən olunur.

Nəzərdə tutulmuş dəstək tədbirindən bir ixracatçı eyni təqvim ili ərzində yalnız bir beynəlxalq sertifikatın alınması üçün faydalana bilər

 

 

Bu dəstək tədbirindən yararlanmaq istəyən ixracatçılar müsabiqə əsasında seçilir müraciət edilməsi üçün ən azı 60 (altmış) günlük müddət müəyyən olunur.
 
60 gün
2 gün ərzində nəticələrlə bağlı məlumatlandırma
 
2 gün

 

 

Qeyd! Nəzərdə tutulmuş dəstək tədbiri çərçivəsində alınmasına dəstək verilən beynəlxalq sertifikatların siyahısını Nazirlik müəyyən edir və özünün rəsmi internet saytında yerləşdirir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

Ərizələr bu meyarlar üzrə dəyərləndirilir
  • sahibkarın müvafiq məhsul üzrə istehsal potensialı;
  • sahibkarın istehsal etdiyi məhsulun hədəf ölkəyə (ölkələrə) ixrac potensialı;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə)

Nəzərdə tutulmuş dəstək tədbiri çərçivəsində beynəlxalq sertifikat əldə etmiş ixracatçı sertifikatla əhatə olunan məhsulu (məhsulları) sertifikatı əldə etdiyi tarixdən etibarən ixrac etməli və bu barədə məlumatları və sənədləri (Azərbaycan Respublikasından ixrac və digər dövlətə idxal gömrük bəyannamələrinin surətlərini) müvafiq ixrac əməliyyatlarının aparıldığı tarixdən etibarən 30 (otuz) gündən gec olmayaraq Nazirliyə təqdim etməlidir. İxracatçı beynəlxalq sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracına dair məlumatları və sənədləri Nazirliyə təqdim etmədikdə və ya sertifikatın əldə olunduğu tarixdən 1 (bir) il ərzində sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracını həyata keçirmədikdə, həmin sertifikatın əldə edilməsinə görə ödənilmiş dəstək məbləğini geri qaytarmalıdır.

Aşağıdakı sənədlər iddiaçı tərəfindən müsabiqənin təşkilatçısına şəxsən göstərilən müvafiq ünvana təqdim edilir:
  • yazılı formada tərtib olunmuş Ərizə;
  • “Dəstək tədbirində iştirakla bağlı Şərtlər”;
  • ərizənin təqdim olunduğu tarixdən əvvəlki 365 gün ərzində həyata keçirilmiş ixrac əməliyyatları ilə bağlı ixrac gömrük bəyannamələrinin surətləri (olduğu halda və 5 (beş) bəyannamədən çox olmamaqla);
  • iddiaçının son birillik dövriyyəsi və vergi borcu barədə vergi orqanından alınmış arayış (və ya arayışlar);
  • iddiaçının bank hesabından çıxarış (ərizənin təqdim olunduğu tarixdən əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə);
  • ərizə və ona əlavə olunan sənədlər iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən verildikdə, onun müvafiq səlahiyyətini təsdiq edən sənəd (etibarnamə və əmək müqaviləsinin elektron bildirişi).

Qeyd! Ərizə və sənədlər qeyd olunan ünvan üzrə birbaşa AZPROMO-ya təqdim olunmalıdır: Bakı şəh., Neftçilər pr.32, Bakı Biznes Mərkəzi, AZ1000.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

YÜKLƏ

“Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası”nın təsdiq edilməsi barədə

YÜKLƏ