AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər vasitəsilə “Made in Azerbaijan” brendinin təşviqi

Dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər vasitəsilə “Made in Azerbaijan” brendinin təşviqi yerli qeyri-neft məhsullarının vahid ad altında xarici ölkələrdə təqdim edilməsi və geniş miqyasda tanıdılması məqsədilə təşkil olunan dəstək tədbiridir.

Dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər vasitəsilə “Made in Azerbaijan” brendinin təşviq edilməsi onların xarici ölkələrdə yerləşən nümayəndəlik və filialları vasitəsilə həyata keçirilir. Qeyd olunan hüquqi şəxslərin siyahısı İqtisadiyyat Nazirliyi tərəfindən müəyyənləşdirilir.

Qeyd olunan hüquqi şəxslər vasitəsilə “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı çəkilən xərclər onların təqdim etdiyi sənədlər əsasında 20 iş günü müddətində ödənilir.

Hüquqi şəxslərin xarici ölkələrdə yerləşən nümayəndəlik və filialları vasitəsilə məhsulları təbliğ olunacaq ixracatçılar müsabiqə əsasında seçilir və müsabiqənin keçiriləcəyi barədə elan müsabiqə gününə ən azı 15 gün qalmış Elanlar hissəsində yerləşdirilir.

Qeyd! “Made in Azerbaijan” brendinin təşviq ediləcəyi xarici ölkə, hüquqi şəxsin müvafiq xarici filial və nümayəndəliyinin adı müsabiqə elanında göstərilir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

Ərizələr bu meyarlar üzrə dəyərləndirilir:
  • ixracatçının məhsul üzrə istehsal potensialı;
  • ixracatçının hədəf ölkəyə və ya ölkələrə ixrac potensialı;
  • ixrac təcrübəsinin olub-olmaması;

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər qalib elan olunurlar.

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

YÜKLƏ

“Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası”nın təsdiq edilməsi barədə

YÜKLƏ