Beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak
Beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında tanıdılması və təşviq edilməsi məqsədi ilə təşkil olunan dəstək tədbiridir.
Növbəti ildə ixracatçıların iştirakı nəzərdə tutulan sərgi və yarmarkaların siyahısı qeyri-neft məhsullarının ixrac potensialı, ixracatçılardan daxil olan müraciətlər və Azərbaycanın beynəlxalq iqtisadi və ticarət əlaqələri nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunur və hər il 1 may tarixindən gec olmayaraq elan edilir.
Bu dəstək tədbiri son 6 ay ərzində sərgi və yarmarkanın keçiriləcəyi məkanda yerin icarəsinə, stendin dizaynı, hazırlanması və quraşdırılmasına, məhsulların daşınmasına çəkilən xərcləri əhatə edir və ödənilən məbləğ çəkilən xərclərin 50%-ni (maksimum 10000 AZN) təşkil edir.
Dəstək məbləğini əldə etmək məqsədilə ixracatçı ilk növbədə beynəlxalq sərgi və yarmarkada fərdi qaydada iştirak edəcəyinə dair müvafiq ərizə ilə müraciət etməlidir.
Ödənilən məbləğ çəkilən xərclərin 50%-n
10 000 AZNƏrizədə aşağıdakı məlumatlar göstərilməlidir:
- ərizəçi hüquqi şəxs olduqda: adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, fəaliyyət növü;
- ərizəçi fiziki şəxs olduqda: adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, verilmə tarixi və sənədi verən təşkilat, ünvan), fəaliyyət növü;
- vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN;
- sahibkarın istehsal etdiyi məhsulun (məhsulların) adı, növü;
- iştirak nəzərdə tutulan sərgi və yarmarkanın adı, keçirilmə tarixi, nümayiş olunacaq məhsulların adı, növü, kateqoriyası;
İqtisadiyyat Nazirliyi tərəfindən iştiraka dair qərarın qəbul edilməsi aşağıdakı meyarlar üzrə dəyərləndirilir:
- müraciətdə göstərilən sərgi və yarmarkanın təsdiqlənmiş siyahıda olması;
- nümayiş olunan məhsulun sərgi və yarmarkada nümayiş olunan məhsullar kateqoriyasına uyğunluğu;
- vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN;
- sahibkarın istehsal etdiyi məhsulun (məhsulların) adı, növü;
- iştirak nəzərdə tutulan sərgi və yarmarkanın adı, keçirilmə tarixi, nümayiş olunacaq məhsulların adı, növü, kateqoriyası;
Ərizəyə 10 iş günü müddətində baxılır, aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə 2 iş günü ərzində məlumat verilir. Çatışmazlıqlar aradan qaldırılandan sonra ərizəyə baxış dama etdirilir və iştiraka dair qərar qəbul olunur.
Müsbət qərar almış ərizəçilər ilkin ərizədə qeyd etdikləri beynəlxalq sərgi və yarmarkada iştirak etdikdən sonra 30 iş günü müddətində dəstək məbləğini almaq üçün yenidən müvafiq ərizə ilə müraciət etməlidir.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
- görülmüş iş, göstərilmiş xidmət və ya icarə haqqını təsdiq edən sənədin (invoys, hesab-faktura) əsli və ya notarial qaydada təsdiq olunmuş surəti;
- müqavilənin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti;
- vəsaitin ödənilməsini təsdiq edən sənədin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti;
- iştirakla bağlı yazılı, foto və ya video hesabat;
“İnzibati İcraat Haqqında” Qanuna əsasən ərizə və sənədlərə 30 iş günü müddətində baxılır. Aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə ilk 5 iş günü ərzində ərizəçiyə məlumat verilir. Ərizəçi bu çatışmazlıqları növbəti 10 iş günü ərzində aradan qaldırılır və sonra sənədlərə baxış yenidən davam etdirilir.
Dəstək məbləğinin ödənilməsi ilə bağlı müsbət qərar qəbul edildiyi təqdirdə 20 iş günü ərzində vəsait milli valyutada müraciət edən şəxsin bank hesabına köçürülür.
Ərizə və sənədlər qeyd olunan ünvan üzrə birbaşa AZPROMO-ya təqdim olunmalıdır: Bakı şəh., Neftçilər pr.32, Bakı Biznes Mərkəzi, AZ1000.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
YÜKLƏAzərbaycan Respublikası Prezidentinin 11 yanvar 2018-ci il tarixli 1784 nömrəli Fərmanı
YÜKLƏ“Xarici ölkələrdə təşkil edilən sərgi və yarmarkalarda ixracatçıların fərdi qaydada iştirakına dair qərarın qəbul edilməsi Meyarları”nın təsdiq edilməsi barədə
YÜKLƏ