Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Qazaxıstan Respublikasının Almatı şəhərində 2018-ci ilin 4-6 sentyabr tarixində keçiriləcək "KazBuild Almaty 2018" inşaat və tikinti materialları sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 40 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).
Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 20 iyul 2018-ci il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2017-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
Ərizə;
nümayiş olunacaq məhsulların siyahısı;
sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
Sənədlər aşağıdakı ünvan üzrə 9 iyul 2018-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün:
Fuad Cəfərov
AZPROMO - İxracın Təşviqi Departamentinin direktoru
Tel: +99412 5980147/48 (daxili 141)
E-mail: fceferov@azpromo.az
E-mail: destek@azpromo.az