AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İxracatçıların nəzərinə! -“China International Import and Export”

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Çin Xalq Respublikasının Şanxay şəhərində 2021-ci ilin 5-10 noyabr tarixlərində keçiriləcək "Çin Beynəlxalq İdxal Sərgisi"ndə vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 20 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.

Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida və içki

XİFMN üzrə məhsulun kodu

Məhsulun adı

09

Qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyatlar

10

Dənli bitkilər

12

Yağlı toxum və bar; digər toxumlar, bar və taxıl; dərman bitkiləri və texniki məqsədlər üçün bitkilər; saman və yem

15

Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanması nəticəsində alınan məhsullar; hazır yeyinti piyləri; heyvan və ya bitki mənşəli mumlar

16

Ətdən, balıqdan və ya xərçəngkimilərdən, mollyusklardan və ya digər su onurğasızlarından alınan hazır məhsullar

17

Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları

18

Kakao və ondan hazırlanan məhsullar

19

Taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar; un qənnadı məmulatları

20

Tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları

21

Müxtəlif ərzaq məhsulları

22

Alkoqollu və alkoqolsuz içkilər və sirkə

3301

Efir yağları (tərkibində terpenlər olan və ya olmayan), absolyut və konkretlər daxil olmaqla; rezinoidlər; ekstraksiya edilmiş efir yağları

 

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında  1 oktyabr 2021-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.
  •  

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • ərizə;
  • dəstək tədbirində iştirakla bağlı Şərtlər;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
  • son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
  • bank hesabından çıxarış (ərizənin təqdim olunduğu tarixdən əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə);
  • ərizənin təqdim olunduğu tarixdən əvvəlki 365 gün ərzində həyata keçirilmiş ixrac əməliyyatları ilə bağlı ixrac gömrük bəyannamələrinin surətləri (olduğu halda və 5 (beş) bəyannamədən çox olmamaqla);

Sənədlər aşağıdakı ünvana 21 sentyabr 2021 ci il tarixinədək təqdim olunmalıdır:

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Aybəniz Məmişova
AZPROMO - Marketinq üzrə menecer

Tel: +99412 5980147/48 (daxili 3620)
E-mail: aybeniz.memishova@azpromo.az

E-mail: destek@azpromo.az