AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İxracatçıların nəzərinə! - "Gulfood 2022"

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 2022-ci ilin 13-17 fevral tarixlərində keçiriləcək "Gulfood 2022" beynəlxaq qida sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 30 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.

Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida

XİFMN üzrə məhsulun kodu

Məhsulun adı

07

Tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları

08

Yeməli meyvə və qoz-fındıq; Sitrus meyvələrinin və ya qovunun qabıqları

09

Qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyatlar

1604

Hazır və ya konservləşdirilmiş balıq; nərə balığı kürüsü və onun balıq kürüsü dənəciklərindən hazırlanmış əvəzediciləri

1806

Şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsulları

20

Tərəvəzin, meyvənin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları

2103

Sousların hazırlanması üçün məhsullar və hazır souslar; dad əlavələri və qarışıq ədviyyatlar; xardal tozu, hazır xardal

2105

Dondurma və digər yeyinti buz növləri, tərkibində kakao olan və ya olmayan

2201

Sular, təbii və ya süni mineral, qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilməyən; buz və qar

2202

Sular, mineral və qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilən və başqa spirtsiz içkilər

 

Müsabiqənin təşkilatçısı: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında  25 oktyabr 2021-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:


Ərizə;
dəstək tədbirində iştirakla bağlı Şərtlər;
sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;

son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;        

bank hesabından çıxarış (ərizənin təqdim olunduğu tarixdən əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə);

Ərizənin təqdim olunduğu tarixdən əvvəlki 365 gün ərzində həyata keçirilmiş ixrac əməliyyatları ilə bağlı ixrac gömrük bəyannamələrinin surətləri (olduğu halda və 5 (beş) bəyannamədən çox olmamaqla);

Sənədlər aşağıdakı ünvan üzrə 15 oktyabr 2021-ci il tarixinədək (15 oktyabr daxildir) təqdim olunmalıdır:

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

 

Əlavə məlumat üçün:

Aybəniz Məmişova
AZPROMO - Marketinq üzrə menecer

Tel: +99412 5980147/48 (daxili 3620)
E-mail: aybeniz.memishova@azpromo.az

E-mail: destek@azpromo.az