İxrac | AZPROMO
AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

    Azərbaycanda qeyri-neft məhsullarının istehsalı ilə məşğul olan və öz məhsullarını ixrac etmək niyyətində olan şirkətlərin mövcud ixrac menecerlərinin ixtisasının artırılması, həmçinin yeni yüksək ixtisaslı ixrac menecerlərindən ibarət kadr ehtiyatının yaradılması məqsədilə qabaqcıl dünya təcrübəsinə əsaslanaraq “İxrac Akademiyası” layihəsinin yaradılması nəzərdə tutulmuşdur.

    Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların yenidən işlənmədən Azərbaycan Respublikasına qaytarılması və ya bu ölkədən aparılması şərtilə ixracını (idxalını) nəzərdə tutan rejimdir. Bu zaman mallar gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad olunur. Ancaq gömrük ödənişləri (yığımlar və yığıma görə ƏDV) edilməlidir. Müvəqqəti idxal (ixrac) rejimi üçün Dövlət Gömrük Komitəsindən icazə alınmalıdır. Müvəqqəti ixrac olunan mallar ən geci 2 il ərzində üzərində heç bir dəyişiklik edilmədən geri qaytarılmalıdır. Bu müddət ərzində qaytarılmadıqda mal digər gömrük rejimi altında rəsmiləşdirilməli və gömrük rüsumu və vergiləri ödənilməlidir.

    Assosiasiyalar