Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası
“Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi (AHPEA) 31 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyində dövlət qeydiyyatına alınmışdır. 4 fevral 2017-ci il tarixində Assosiasiyanın ilk iclası keçirilmişdir.
Sədr: İsmayıl Orucov
AHPEA-nın əsas məqsədi fındıqçılığın inkişafına yardım etməkdən ibarətdir. Bu məqsədlə, Assosiasiya fındıqçılıq təsərrüfatında istehsal mədəniyyətinin və səmərəliliyin artırılmasına, fındıq istehsalı və emalı sahəsində yeni texnologiyaların tətbiqinə, təbii resursların səmərəli istifadəsinə dəstək verir, fındıqçılıqla bağlı maarifləndirmə işi aparır. Hal-hazırda Assosiasiyanın 52 üzvü var.
Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) Assosiasiyanın üzvü ola bilər.
Üzv olmaq istəyən şəxslər Assosiasiyaya rəsmi qaydada yazılı müraciət etməlidirlər.
Tel.: +99450 2731891
E-poçt: info@afiia.az