Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası

“Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası” (AMTA) İctimai Birliyi 16 sentyabr 2016-cı il tarixində təsis edilmişdir.
Sədr: Bəşir Quliyev
Sədr müavinləri: Jalə Əmirbəyova, Nizami Heybətov
AMTA ölkədə meyvə və tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək, onlar arasında əməkdaşlığı genişləndirmək, ümumi meyvə-tərəvəz istehsalını artırmaq, ölkənin ixrac imkanlarını genişləndirmək məqsədi ilə təsis edilmişdir.
Hazırda Assosiasiyanın 60 üzvü var.
AMTA-ya üzv olmaq üçün müvafiq ərizə ilə Assosiasiyaya rəsmi müraciət edilir, qeydiyyat forması doldurulur. Ərizə assosiasiya heyəti tərəfindən qəbul edildikdən sonra illik üzvlük haqqı ödənilir.
Tel.: +99412 4998545
Mob.: +99450 2108014
E-mail: http://info@amta.az